Bitcoinin qiyməti yenidən 20.000 dollardan aşağı düşüb

OXUNUB: 609 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin pul sərtləşdirməsinin kriptovalyutalara təzyiq göstərməyə davam edəcəyi ilə bağlı mesajından sonra ən böyük kriptovalyuta olan Bitcoinin qiyməti bir aydan çox müddətdə ilk dəfə 20 min dollardan aşağı düşüb. Coinmarketcap analitik şirkətinin məlumatına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri cəmi 24 saat ərzində təxminən 2 faiz azalaraq 953 milyard dollardan bir qədər aşağı düşüb.

7NEWS.az

RƏYLƏR