Bitzlato kriptovalyuta birjasının təsisçilərindən biri, Rusiya vətəndaşı Anatoliy Leqodimovun FBI agentləri tərəfindən Mayamidə həbs edildiyi açıqlanıb.
7NEWS.az xəbər verir ki, ABŞ Baş prokurorunun müavini Liza Monako Bitzlato kriptovalyuta birjasının təsisçilərindən biri, Rusiya vətəndaşı Anatoli Leqodimovun Mayamidə həbs edildiyini açıqlayıb. Baş prokurorun müavini, Hydra Darknet bazarı ilə əlaqəli Bitzlato kriptovalyuta birjasının serverlərinin təhlükəsizlik orqanlarının birgə beynəlxalq tədbirləri çərçivəsində ələ keçirildiyini bildirərək kriptovalyuta birjasının həmtəsisçisinin həbsinin və kriptovalyutaya qarşı hərəkətlərin olduğunu vurğulayıb.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Rusiya vətəndaşı olan Leqodimov 700 milyon dollara yaxın qeyri-qanuni vəsaiti idarə etməkdə ittiham olunur.
7NEWS.az