"Bizim bu qədər çalıb-oynayan günümüz deyil..." - DEPUTATDAN TV-LƏRƏ HAQLI İRAD

OXUNUB: 4265 SOSİAL
İCMAL.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva ölkə telekanallarını biganəlikdə suçlayıb:

"İraq yetimxanasındakı azərbaycanlı uşaqları ziyarətimiz və yazdıqlarımız ölkəmizin televiziya kanallarına maraqlı olmadı. 
Çalıb-oynamağa, ailə, müğənni qalmaqallarına o qədər baş qarışıb ki, bu uşaqların orada nədən olması ilə maraqlanan, fikirlərimizi soruşmaq istəyən bir televiziya kanalı belə olmadı, amma Türkiyə televiziyaları Bağdad yetimxanasındakı türk uşaqlarla bağlı reportajında mənim ziyarətimə və mesajlarıma da yer verib. Sonra da deyirlər niyə insanların televiziya kanallarımıza inamı azalır. Bir az da cəmiyyəti ciddi narahat edən mövzulara yer vermək lazımdır. Ciddi məsələlər var. Bizim bu qədər çalıb-oynayan günümüz deyil...

RƏYLƏR