Blinkenin səfəri Yunanıstanda etirazla qarşılanıb

OXUNUB: 459 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Türkiyədə zəlzələ bölgələrinə səfərindən sonra Yunanıstana gələn ABŞ dövlət katibi Antoni Blinken paytaxt Afinada minlərlə insan tərəfindən etiraz edilib. Əsasən solçu və müharibə əleyhdarı olan nümayişçilər tez-tez NATO və ABŞ əleyhinə şüarlar səsləndiriblər. Yunanıstanın NATO planlarına daxil edilməsinə və silahlanma proqramlarının artırılmasına qarşı çıxan nümayişçilər "Müharibələr onların, ölülər bizimdir” şüarları səsləndiriblər. Nümayişçilər hökumətdən səhiyyə və təhsilə daha çox vəsait ayırmağı tələb edərək, Yunanıstanın NATO səbəbindən gələcəkdə hədəfə çevrilə biləcəyini qeyd ediblər.

7NEWS.az

RƏYLƏR