BMT AÇIQLADI: "Dünya əhalisi noyabrın 15-də 8 milyarda çatacaq"

OXUNUB: 362 Özəl SOSİAL DÜNYA
7NEWS.az xəbər verir ki, Dünya əhalisinin 5 milyarda çatdığı 1987-ci il iyulun 11-dən etibarən hər il iyulun 11-i BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən "Ümumdünya Əhali Günü” kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Məsələlər Departamentinin son hesablamalarına görə, bu il noyabrın 15-də dünya əhalisinin 8 milyarda çatacağı gözlənilir. BMT-nin dərc etdiyi hesabata görə, dünya əhalisi 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə isə 9,7 milyarda çatacaq və 2080-ci illərdə təxminən 10,4 milyarda yüksələcək.

İcmal.az

RƏYLƏR