BMT baş katibi: “Soyuq müharibə” qayıtdı

OXUNUB: 622 DÜNYA

BMT-nin baş katibi Antoni Quttereş Təhlükəsizlik Şurasının səmərəsizliyini etiraf edib və deyib ki, yeni "soyuq müharibə” başlayıb. 

İcmal.Az xəbər verir ki, bununla bağlı o, İsveçin SV telekanalına müsahibəsində danışıb. 

Qərb ölkələrinin Dumaya kimyəvi hücum edildiyi iddiası ilə Suriyaya endirdiyi hava zərbələrinin qanuniliyi ilə bağlı sualı cavablandırarkən Quttereş bildirib ki, belə halların həlli üçün bizim xüsusi qaydalarımız var, ancaq indi geriyə baxmaq vacib deyil. 

"Soyuq müharibə” qayıtdı”, - deyən baş katib əlavə edib ki, XX əsrin analoji dövrü ilə hazırkı proseslərin mühüm fərqləri var. 

"Həmin vaxt ciddi münaqişələr ABŞ və Sovet İttifaqı arasında olub. İndi isə Vaşinqton və Moskva bütü hadisələrə nəzarət etmir. Regionda bir çox ölkələr, xüsusən də Türkiyə, İran və Səudiyyə Ərəbistanı aktivlik göstərir”, - o qeyd edib. 

"Soyuq müharibə” vaxtı dialoq, nəzarət və kommunikasiya üçün funksiyalar vardı. Bu funksiyalar qarşıdurma riski yarandığı zaman hadisələrin nəzarətdən çıxmayacağına zəmanət verir.

Hazırda onların mexanizmləri yoxdur. Bax, buna görə vəziyyət təhlükəli idi və mən şadam ki, vəziyyət sakitləşdi”, - baş katib deyib. 

Quttereş Rusiya və Qərb arasındakı münaqişəni "ciddi” adlandırıb. 

"Biz gərginliyi azaltmaq və dialoqun bərpası üçün hər şey etməliyik”, - o bildirib.

İcmal.Az

RƏYLƏR