BMT Kiprdəki sülhməramlı qüvvələrinin mandatını 1 il müddətinə uzatdı

OXUNUB: 298 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Kiprdəki Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Qüvvələrinin mandatını bir il uzadıb. BMT TŞ-də yekdilliklə qəbul edilən qətnamədə "Adada hökm sürən şərtləri nəzərə alaraq, BMT-nin Kiprdəki Sülhməramlı Qüvvələri (UNFICYP) 31 Yanvar 2023-cü ildən sonra saxlanılmalı və mandatı 31 Yanvar 2024-cü ilə qədər uzadılmalıdır” deyə bildirilib.

Qərarda adada razılığın olmamasının siyasi gərginliyi artırdığı və hər iki icma arasında yadlaşmanı dərinləşdirdiyi, sahədə geri dönüşü olmayan dəyişiklikləri riskə atdığı və həll variantının mümkünlüyünü azaltdığı bildirilib. 15 üzvdən ibarət Təhlükəsizlik Şurası həmçinin BMT Baş Katibindən 2024-cü ilin iyul və yanvar aylarında mənalı və nəticəyönümlü danışıqlar üçün kompromis əldə edilməsi istiqamətində əldə edilmiş irəliləyişlə bağlı iki hesabat təqdim etməyi xahiş edib.

7NEWS.az

RƏYLƏR