İraqın Mosul şəhəri İŞİD terrorçularından təmizlənib.
Mosulda infrastrukturun bərpasına ən azı bir milyard dollar lazımdır. Bu barədə BMT-nin nümayəndəsi Liz Qrande məlumat verib.
Şəhərin əsasən qərb hissəsi dağıdılıb. İŞİD terrorçularına qarşı bu istiqamətdə bir neçə ay amansız döyüşlər gedib. Təyyarələr müntəzəm olaraq İŞİD mövqelərinə zərbələr endirirdilər. Eyni amanda şəhərin tarixi hissəsi də dağılıb.
BMT təmsilçisi qeyd edib ki, bir milyard dollar sadəcə elektrik şəbəkəsi, kanalizasiya və su təminatının təmirinə xərclənəcək. Şəhərin əvvəlki halını bərpa etmək üçün isə külli miqdarda pul lazımdır./olke.az
İcmal.Az

























