BMT: “Vəsait çatışmazlığı humanitar yardıma mənfi təsir göstərir”

OXUNUB: 145 Özəl DÜNYA
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) artan ehtiyaclar qarşısında maliyyə çatışmazlığının humanitar əməliyyatlara mənfi təsir göstərdiyini açıqlayıb. 

7NEWS.az xəbər verir ki, mövzu ilə bağlı OCHA-nın verdiyi yazılı açıqlamada hazırda ehtiyac duyulan 54,8 milyard dolların yalnız yüzdə 20-nin toplandığı bildirilmiş və dünya üzrə hər 22 adamdan birinin köməyə ehtiyacı olduğu vurğulanmışdır. 

Açıqlamada ötən il köməyə ehtiyacı olanların sayının 349 milyon olduğu, bu il isə bu rəqəmin 362 milyona yüksəldiyi bildirilib. 

7NEWS.az

RƏYLƏR