BNA 2.8 milyonluq “zapçast” alır

OXUNUB: 636 index-manşet GÜNDƏM İQTİSADİYYAT

Bakı Nəqliyyat Agentliyinin (BNA) nəzdində fəaliyyət göstərən "BakuBus” MMC "AZ-Tex-İmport” MMC ilə maliyyə dəyəri 2 milyon 888 min AZN olan müqavilə imzalayıb.

Müqaviləyə əsasən şirkət "BakuBus”u "İveco” markalı avtobusların istismarı üçün tələb olunan ehtiyat hissələri ilə təmin etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatrına görə, "AZ-Tex-İmport” MMC 19 iyul 2017-ci ildə qeydiyyata alınıb. Hüquqi ünvanı  Bakı şəhəri Xətai rayonu,Telnov küçəsi, ev 2347/48, mənzil 290-da yerləşən şirkətin qanuni təmsilçisi İabdullayev Samir Sahib oğludur.

Araşdırmalarımız zamanı bəlli olub ki, "Az-Tex-İmport” MMC əsasən BNA-nın keçirdiyi tenderlərin qalibi olur. Mediada bu haqda çoxsaylı materiallara rast gəlmək mümkündür.

Elə bu ilin fevralında şirkət BNA -nın "3 ədəd evakuatorun satın alınması" tenderini qazanıb. Bununla əlaqədar qurumla MMC arasında mışdı və 294 min 900 manat məbləğində müqavilə bağlanıb.

Araşdırmalarımız zamanı o da aydın olub ki, "Az-Tex-İmport” şirkəti 10 manat kapitalla yaradılıb. 10 manatlıq şirkətin milyonluq tenderlərin qalibi olması şübhələr doğurduğuna və onunla müqavilə imzalayan dövlət qurumları tənqidə məruz qaldığına görə nizamnamə kapitalında dəyişiklik edilib. Hazırda reyestr məlumatlarında şirkətin nizamnamə kapitalı 226 min 010 AZN göstərilir./yenisabah

RƏYLƏR