Boğazında qoz qalan 7 aylıq körpə öldü - SABİRABADDA

OXUNUB: 504 HADİSƏ

Sabirabadda 7 aylıq körpə boğularaq ölüb.

Sabirabadın Əsədli kənd sakini, 7 aylıq Mənsimli Münəvvər Allahverdi qızı boğazın qırtlaq hissəsində yad cismin qalması şikayəti ilə Sabirabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin körpənin asfiksiya (boğulma) nəticəsində xəstəxanaya gətirilərkən yolda öldüyü müəyyənləşib. Onun boğazında qoz qaldığı bildirilir. /apa

 

İcmal.Az

RƏYLƏR