Bolqarıstanın Səhiyyə Nazirliyi, müddəti bitmək üzrə olan 2,8 milyon doza Covid-19 peyvəndini məhv edəcəklərini açıqladı.
7NEWS.az xəbər verir ki, Bolqarıstanın Səhiyyə Nazirliyi, ölkədə Covid-19-a qarşı peyvəndlərə "sıfır maraq" olduğunu bildirərək, 2,8 milyon doza peyvəndi məhv edəcəklərini açıqladı. Nazirlik 'tələb olmaması səbəbindən ölkədə Covid-19 peyvəndlərinin ehtiyatlarının artdığını və vaxtı keçmiş peyvəndlərin məhv edilməsinin qaçılmaz olduğunu' bildirib.
7NEWS.az