7NEWS.az xəbər verir ki, Bolqarıstandakı siyasi böhranı aradan qaldırmaq üçün iki rəqib alyans koalisiya hökuməti yaratmaq barədə razılığa gəlib. Son 2 ildə 5 dəfə seçki keçirən Bolqarıstanda Dəyişikliyə Davam edirik (PP) və Demokratik Bolqarıstan (DP) Avropanın Gələcəyi Uğrunda Vətəndaşlar Alyansı (GERB) və Demokratik Qüvvələr Birliyi ilə koalisiya hökuməti quracaq. Qurulacaq koalisiya hökumətində GERB-nin baş nazir namizədi, keçmiş Avropa İttifaqı (Aİ) Komissiyasının üzvü Marya Gabriel və PP-nin baş nazir namizədi Nikolay Denkov 9 ay növbə ilə baş nazir vəzifəsini icra etməyə razılaşdıqlarını açıqladılar. Denkov hökumət qurulduqdan sonra baş nazir postunu tutacaq, Qabriel isə baş nazirin müavini və xarici işlər naziri kimi fəaliyyət göstərəcək.
7NEWS.az