Bolqarıstan müvəqqəti olaraq Ukraynadan taxıl idxalına qadağa qoya bilər

OXUNUB: 201 Özəl DÜNYA

Macarıstan və Polşadan sonra Bolqarıstanın da Ukraynadan taxıl idxalına müvəqqəti qadağa qoyma imkanını nəzərdən keçirdiyi öyrənilib.

7NEWS.az xəbər verir ki, Bolqarıstanın kənd təsərrüfatı naziri Yavor Geçev Macarıstan və Polşadan sonra Bolqarıstanın da Ukraynadan taxıl idxalına müvəqqəti qadağa tətbiq etmək imkanını nəzərdən keçirdiyini bildirib.

Bolqarıstan Teleqraf Agentliyinin (BTA) sitat gətirdiyi kimi, Geçev Varşava və Budapeştin son hərəkətlərini nəzərə alaraq ölkənin maraqlarının qorunmalı olduğuna diqqət çəkib. Bolqarıstanlı nazir vurğulayıb ki, Sofiya oxşar addımlar atmasa, Bolqarıstanda Ukrayna taxılının miqdarı daha da artacaq.

7NEWS.az

RƏYLƏR