Bolqarıstanda 25 milyon avro dəyərində 2,1 milyon doza Covid-19 peyvəndi israf edilib

OXUNUB: 334 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Bolqarıstanda minlərlə dozada Covid-19 peyvəndi məhv edilib. Bolqarıstan Səhiyyə Nazirliyinin saytında yer alan məlumata görə, Bolqarıstanda indiyədək 25 milyon avro dəyərində 2,1 milyon doza Covid-19 vaksini məhv edilib. Bildirilib ki, vaksinlər istifadə müddəti ötmüş, istifadə olunmamış çoxdozlu flakonlar, tam istifadə olunmaması, butulkaların sınması və düzgün saxlanmaması kimi səbəblərdən məhv edilib. Bolqarıstanda AstraZeneca-dan 689 min 508 doza, Pfizer/BioNTech-dən 1 milyon 159 min 628 doza, Modernadan 261 min 828 doza, Janssen-dən 4 min 803 doza, Valneva Austriyadan 9 doza indiyədək israf olub. 17 may 2021-ci ildə Bolqarıstan Pfizer/BioNTech-dən 267 milyon avroya 14 milyon doza peyvənd almağa razılıq verdi. Pfizer/BioNTech sözügedən sifarişin 8 milyon 354 min 768 dozasını bu il Bolqarıstana çatdıracaq. Bolqarıstan bu il başqa markalardan peyvənd almayacaq.


RƏYLƏR