“Bomba var” zarafatı 11 nəfəri “xəstəxanalıq etdi” – VİDEO

OXUNUB: 977 DÜNYA

Bort bələdçisi sərnişindən çamadanında nə olduğunu soruşub. Sərnişin isə çamadanında bomba olduğunu deyib.

İcmal.Az "RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, zarafat təyyarə sərnişinləri arasında xaosa səbəb olub. 

Pontianak – Cakarta reysində baş verən hadisə zamanı 11 nəfər xəsarət alıb. Onlar təyyarə endikdən sonra xəstəxanalara çatdırılıb. 

Axtarışlar zamanı heç bir bomba tapılmayıb. Həmin şəxs saxlanılıb. Onu bir ilə qədər həbs cəzası gözləyir. 

İcmal.Az

RƏYLƏR