İcmal.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Z.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, Z.Məhərrəmov 2011-ci ildə də adam bıçaqladığı üçün məhkum olunub, 3 il sonra vaxtından əvvəl azadlığa buraxılıb. Bu dəfə isə Elmin Niftiyevi bıçaqlayıb. Onun E.Niftiyevin dostuna borcu olub. Pul qaytarılmadığı üçün tanışlar arasında mübahisə yaranıb.
İcmal.Az