Boşanmaq istədiyi arvadının evinə gəldi, yad kişilər boğazını kəsdi - FOTOLAR

OXUNUB: 1254 HADİSƏ
Adanada 41 yaşlı Uğur Seviner boşanma mərhələsində olduğu həyat yoldaşı və dostları tərəfindən bıçaqlanaraq öldürülüb.

Hadisə saat 22.00 radələrində, Çukurova məhləsində meydana gəlib. İddiaya görə, Uğur Seviner ayrılma mərhələsində olduğu həyat yoldaşı 32 yaşlı Tuğba Sevinerin evinə gedib. Cütlük arasında başlayan mübahisəyə Tuğba Sevinerin dostları 29 yaşlı Ali Anlayış və 50 yaşlı Özer Altınoğlu da daxil olub. Onlar dava zamanı Uğur Sevinerin boğazına və bədəninin bəzi yerlərinə bıçaqla zərbələr endirib. Nəticədə oğlan ağır yaralanıb. Hadisə yerinə təcili tibbi yardım maşını cəlb edilsə də həkimlərin müdaxiləsinə baxmayaraq Uğurun həyatını xilas etmək mümkün olmayıb.

Tuğba Seviner, Ali Anlayış və Özer Altınoğlu istintaqa cəlb edilib, cinayətdə istifadə olunan iki ədəd bıçaq da ələ keçirilib. Bıçağın kimin istifadə etdiyi hələ bilinməsə də üç adamın sorğusu davam edir. /big

İcmal.Az

RƏYLƏR