Paytaxt Sarayevoda keçirilən sessiyada bir araya gələn Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvləri ölkədə hökumətin qurulması vəzifəsini səs çoxluğu ilə xorvat siyasətçi Borjana Kristoya verib
7NEWS.az xəbər verir ki, Prezidentlik Şurasının sədri Zeljka Cvijanovic, şuranın xorvat üzvü Zeljko Komsiç və bosniyalı deputat Denis Becirovic paytaxt Sarayevoda keçirilən şura iclasında görüşüb. Sessiyada hökumət qurmaq mandatı səs çoxluğu ilə Xorvatiya Demokratik İttifaqının (HDZ) namizədi Kristoya verilib. Kristonun hökumət qurmaq mandatı Becirovic və Cvijanovic tərəfindən təsdiqlənib, Komşiç isə qətnamənin əleyhinə səs verib.
7NEWS.az