Bosniya və Herseqovinada İkinci Dünya müharibəsindən qalma bomba məhv edildi

OXUNUB: 219 Özəl DÜNYA
Bosniya və Herseqovinanın Banja Luka şəhərində İkinci Dünya müharibəsindən qalma 50 kiloqramlıq təyyarə bombası məhv edilib. 

7NEWS.az xəbər verir ki, Bosniya və Herseqovinanın şimalındakı Banya Luka şəhərində Suturlija çayında tapılan və İkinci Dünya müharibəsinə aid olduğu təxmin edilən 50 kiloqram ağırlığında təyyarə bombası məhv edilib. 

Mövzu ilə bağlı açıqlama verən Mülki Müdafiə İdarəsinin rəisi Draqan Babiç bombanın zərərsizləşdirilməsi prosesinin problemsiz tamamlandığını bildirib. Babiç əlavə edib ki, dağıntı zamanı təhlükəsizlik tədbirləri çərçivəsində ətrafdakı 30 ev təxliyə edilib. 

7NEWS.az

RƏYLƏR