"Bravo” marketdə endirimə düşən məhsulu müştəriyə endirimsiz qiymətlə satıblar.
Bu barədə Facebookun "Müştəriyəm, şikayətim var” səhifəsində Zərgül Novruzova yazıb.
"Etiketdə endirim var idi. Amma verdikləri qəbzə indi baxıram. Endirimsiz vurulub”, deyə – müştəri bildirib.
Səhifədə yazılan şikayətə şərh bildirənlərin əksəriyyəti bildirib ki, "Bravo”da bu kimi hallar tez-tez baş verir.
Qarşı tərəfi dinləməyə hazırıq.


























