Braziliya prezidentini impiçment gözləyir...

OXUNUB: 912 DÜNYA
Braziliya prezidenti Jair Bolsonaru impiçment təhlükəsi ilə üzləşib. 

7News.Az xəbər verir ki, koronavirus pandemiyası dövründə vəziyyəti öz xeyrinə dəyişmək istəyən prezident möhlət ala bilməyib. Ölkənin Ali Məhkəməsi onun barəsində təhqiqatın başlanmasına icazə verib. 

Bir müddət öncə Federal Polisin rəhbəri və ədliyyə naziri postundan istefa verən Sercio Mori də Bolsonarunun hüquq toxunulmazlığı arxasında özünü və oğlanlarını cinayət məsuliyyətindən yayındırmaq istədiyini söyləyib. Səhiyyə nazirinin ardınca istefaya gedən və vaxtilə Bolsonarunun yaxın silahdaşlarından hesab edilən Sercio Mori prezidentin məsuliyyətdən yayınmaq cəhdlərini hiyləgərlik adlandırıb. O, Jair Bolsonarunun hələ də hüquq mühafizə orqanlarının işinə müdaxilə etdiyini, korrupsioner bir şəbəkə qurduğunu vurğulayıb.

Sercio Mori prezidentin parlamentə gəlib korrupsiya ittihamlarına cavab verməsinin vacib olduğunu deyib: "Unutmayın ki, bizim polislər hazırda prezidentin oğlanlarının əli olduğu silsilə cinayətləri və korrupsiya faktlarını araşdırır. Belə davam  etsə, bu rüşvətxor prezident ədalətdən və  impiçmentdən qurtula bilməyəcək".
 
 
7News.Az

RƏYLƏR