Braziliyada atı həbs etdilər - VİDEO

OXUNUB: 631 DÜNYA

Braziliyanın Serjipi ştatında atı avtomobilə xəsarət yetirdiyinə görə "həbs ediblər".

Atın sahibi Frasişku duş Santuş küçədə atla gəzərkən bir neçə insan ona yaxınlaşıb atla gəzmək istəyib. Atın sahibi narazı olmasa da, at qorxub avtomobilin üzərinə qaçıb və nəticədə ona xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəlib və atı bölməyə aparıblar.

Qeyd olunur ki, atı növbəti gün sahibi vurulmuş ziyana görə məsuliyyəti üzərinə götürdükdən sonra azadlığa buraxıblar./trend

 

İcmal.Az


Braziliyada atı həbs etdilər

RƏYLƏR