7NEWS.az xəbər verir ki, Lulanın seçkidə qələbə çalmasından sonra ordu qərargahı qarşısında çadır quran 1200 Bolsonaro tərəfdarı polisin müdaxiləsi olmadan təhlükəsizlik qüvvələrinə təslim olub. Saxlanılan şəxslər dindirilmək üçün təhlükəsizlik bölmələrinə aparılıb. Nümayişçilər ərazini tərk etdikdən sonra çadırlar təhlükəsizlik qüvvələri tərəfindən sökülüb. Ali Məhkəmənin hakimi Alexandre de Moraes xəbərdarlıq edib ki, ordu qərargahı qarşısında qurulan düşərgələr yenidən qurularsa, düşərgələri yaradanlar və buna icazə verən ordu rəsmiləri məsuliyyətə cəlb olunacaqlar.
7NEWS.az