Braziliyada vertolyot okeana düşüb, ölən və yaralananlar var

OXUNUB: 560 DÜNYA

Çərşənbə günü Braziliyanın Rio-de-Janeyro şəhərində vertolyotun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, daha -ü yaralanıb.

Bu barədə "Globo" telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə şəhərin qərb hissəsində yerləşən Barra-da-Tijuka çimərliyində baş verib. Vertolyot sahildən 200 metr aralıda okeana düşüb və xilasedicilər köməyə gəlincəyə qədər, cərəyan onu bir km məsafədə sahildən uzaqlaşdırıb.

Qəza nəticəsində 57 yaşlı pilot Murilo Sezar di Kastru Rebellu ölüb. İlkin məlumatlara görə, o, qəza zamanı onurğasını zədələyib və suda boğulub. Helikopterin göyərtəsində olan digər 3 nəfər yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır. Şahidlərin sözlərinə görə, vertolyot qəzadan əvvəl çox aşağı ilə uçub və ardınca güclü silkələnməyə başlayıb./report

 

İcmal.Az

RƏYLƏR