Braziliyanın 34 həbsxanasında qiyam başlayıb

OXUNUB: 749 DÜNYA

Braziliyanın yeddi bölgəsində yerləşən 34 həbsxanasında son 2 gün ərzində qiyam başlayıb.

Bir çox həbsxanada qiyamı yatırtmaq mümkün olub. Ən ciddi qiyam Parana ştatında olan həbsxanada baş verib. Burada qiyamın qarşısı alınarkən 2 məhbus həlak olub. 

Qəzet bildirir ki, qiyam qaldırmaqla məhbuslar saxlanılma şəraitlərinin yaxşılaşdırılmasına nail olmağa çalışırlar./oxu

 

İcmal.Az

RƏYLƏR