Rusiya Ukraynaya zərbələr endirməyə davam edərkən, İngiltərə ilk dəfə olaraq Ukraynaya qərb istehsalı olan tanklar göndərmək qərarına gəldiyini rəsmən açıqladı.
7NEWS.az xəbər verir ki, Britaniya hökumətindən verilən açıqlamada yaxın günlərdə Ukraynaya 14 ədəd "Challenger-2” tankı və 30 ədəd 155 millimetrlik "AS-90” haubitsa silahının çatdırılacağı bildirilib. Britaniya həmçinin Ukrayna əsgərlərinə NATO standartı silahlarından səmərəli istifadə etməyi öyrədəcəyini bəyan edib. Britaniya ilə yanaşı, Polşa da Ukraynaya müəyyən miqdarda Almaniya istehsalı olan "Leopard” tankları göndərməyi planlaşdırır.
7NEWS.az