Britaniya Hərbi Dəniz Qüvvələri İranın göndərdiyi tank əleyhinə raketləri ələ keçirib

OXUNUB: 259 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Britaniya Kral Donanması İrandan Yəmənə göndərildiyi düşünülən bir qayıqdan Oman sahillərində tank əleyhinə raketlər və ballistik raket hissələrinin ələ keçirildiyini açıqlayıb. Kral Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamaya görə, fevralın 23-də ABŞ-ın kəşfiyyat təyyarəsi Oman körfəzində İrandan gələn boz brezentlərlə örtülmüş yük daşıyan kiçik qayığı görüb. Bölgədəki İngiltərə Hərbi Dəniz Qüvvələrinə məxsus "HMS Lancaster" freqatı Oman körfəzinə müdaxilə etmək istəyib, lakin qayıq İranın ərazi sularına dönmək istəsə də, ingilis freqatı buna nail ola bilməyib.

7NEWS.az

RƏYLƏR