Kral ailəsi Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın İngiltərədəki Frogmore kottecini tərk etmələrini xahiş edib.
7NEWS.az xəbər verir ki, Kral ailəsini tərk edərək 2020-ci ildə ABŞ-a köçən Şahzadə Harri və həyat yoldaşı Meqan Markldan İngiltərədəki yeganə iqamətgahı olan Frogmore Kottecini boşaltmaları tələb olunub.
Təxliyə qərarının İngiltərə kralı III Çarlz tərəfindən təsdiqləndiyi öyrənilib.
Keçən il vəfat edən Kraliça II Yelizaveta tərəfindən Şahzadə Harriyə və həyat yoldaşı Meqana toy hədiyyəsi olaraq verilən iqamətgahda 10 yataq otağı var.
7NEWS.az