7NEWS.az xəbər verir ki, Böyük Britaniyada nazirlərin ardıcıl istefalarından sonra cümə axşamı günü verdiyi açıqlama ilə istefa verməyə qərar verən Böyük Britaniyanın Baş naziri Boris Consonun kreslosuna yeni namizədlər ortaya çıxmağa başlayıb. Ticarət siyasəti naziri Penni Mordaunt, keçmiş səhiyyə naziri Sacid Cavid, xarici işlər və birlik naziri Ceremi Hant, nəqliyyat naziri Qrant Şapps, yeni maliyyə naziri Nadhim Zahavi, keçmiş mənzil və icmalar bərabərlik naziri Kemi Badenok, Uels Baş prokuroru Suella Braverman, Mühafizəkarlar Partiyasından deputat Tom Tugendhat və keçmiş maliyyə naziri Rişi Sunak baş nazir postuna namizəd olduqlarını rəsmən elan ediblər.
7NEWS.az