“Broker Əbülfəz” “Gilan”da rəhbər vəzifəyə gətirildi - ŞOK İDDİA

OXUNUB: 3630 Seçilmiş Önəmli Özəl
Bir müddət əvvələ qədər Azərbaycanda idxal-ixrac əməliyyatlarına qeyri-rəsmi nəzarət funksiyasını həyata keçirən "Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov "Gilan Aqrotek” şirkətinə rəhbət gətirilir.

Məlumata görə, iş adamları arasında "Broker Əbülfəz” adı ilə tanınan Əbülfəz Məlikov yaxın günlərdə "Gilan Aqrotek” şirkətinin idraəetməsini həyata keçirəcək. Məlumat rəsmi olaraq təsdiq edilməsə də mənbə iddia edir ki, artıq təhvil-təslim prosesi gedir.

Xatırladaq ki, rəsmi sənədlərdə "Trans Broker” MMC kimi qeydiyyatdan keçən "Broker” MMC bir neçə il öncəyə qədər iş adamlarında böyük narazılıqlar yaradıb. 

Dövlət Gömrük Komitəsinin 2700 nəfər əməkdaşı olduğu halda, Əbülfəz Məlikovun rəhbərlik etdiyi "Trans Broker” MMC-də 5 min nəfər işçi çalışıb. Sözügedən şirkəti mətbuat inhisarçılıqda ittiham edib.
 
İCMAL.az

RƏYLƏR