“Bu adam siyasi pozğundur” - DEPUTATDAN REAKSİYA

OXUNUB: 325 SOSİAL
"AXCP sədri Əli Kərimlinin qalib Azərbaycanı məğlub Ermənistanla müqayisə etməsi və həmin müqayisədə Ermənistanı daha üstün tutması ondan xəbər verir ki, bu adamda yarım qram da olsa millilik qalmayıb, bu adam siyasi pozğundur, bu adam yaramazın, vicdansızın təkidir!”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.
 
 
 
Deputat sözlərinə belə davam edib: "Bir dəfə də söyləmişdim: Qarabağın işğaldan azad olunması ermənilər qədər Kərimlini və onun ətrafındakı qaragüruhçuları da yandırıb, üzüb, bədbəxt edib. Ona görə özlərinə yer tapa bilmirlər, ona görə hər fürsətdə mövcud hakimiyyətə qarşı hədyanlar yağdırırlar, ona görə antimilli fəaliyyətlərini günü-gündən gücləndirirlər.

Ləyaqətsizlik, alçaqlıq, tərbiyəsizlik Əli Kərimlinin alnına yazılıb, ruhuna hopub, qanına işləyib. Danışdıqca batır, batdıqca çabalayır, çabaladıqca rəzilləşir. İnanın, bilmirəm nə deyim. Söz tapmaqda çətinlik çəkirəm ki, bu şərəfsizin simasızlığını aydın, detallı təsvir edə bilim. Yəni, leksikonumuzda elə söz yoxdur. Ən ağır ifadə də Kərimli üçün kompliment kimi səslənir. AXCP sədrinin riyakarlığı, xainliyi elə bir həddədir ki, bütün çərçivələri, xəttləri, sərhədləri keçib. O, adamlıqdan çıxıb. O, vəhşi reflekslərlə yaşayır. O, ermənidən betər ermənidir”.

RƏYLƏR