İcmal.Az bizimyol.info-ya istinadən xəbər verir ki, 3 il öncə Mehtabın əri oğlunu ,4 yaşlı Alparslanı anasından qaçıraraq İŞİD sıralarına qoşulmaq üçün Suriyaya getdi. Orda döyüşlərdə həlak olan kişi oğlunu orda evləndiyi xanımına əmanət etmişdi. Qadın da İŞİD sıralarında döyüşərkən ölmüş və kiçik Alparslan İŞİD döyüşçülərinin düşərgəsinə aparılmışdı. Adını dəyişərək Yusif qoymuşdular. Bu barədə xəbər alan Türkiyənin baş Nazir Binəli Yıldırım özü şəxsən uşağın azad edilməsi barədə göstərişi vermiş və Türkiyənin Milli İstihbarat təşkilatının apardığı əməliyyat nəticəsində Alparslan yenidən anasına qovuşmuşdu. Lakin artıq 7 yaşına girən uşaq nə türkcə başa düşür, nə də anasını xatırlayırdı. Bu görüş anını izləyən heç kimin laqeyd qalacağını düşünmürük.
İcmal.Az

























