Bu bölgədə 7 bal gücündə zəlzələ baş verib

OXUNUB: 186 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Cənubi Sakit Okeandakı arxipelaq olan Vanuatunun Port-Olri bölgəsində 7 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi yerdən 10 kilometr dərinlikdə qeydə alınan şiddətli sarsıntıdan sonra verdiyi açıqlamada, "Uzunluğu 0,3 ilə 1 metrə çata bilən gelgit dalğaları Vanuatunun bəzi sahillərində görünə bilər"deyilib. Əmlak və can itkisi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

7NEWS.az

RƏYLƏR