Bu gün Azərbaycanda televiziyanın yaranmasının 63 və radionun yaranmasının 93 yaşı tamam olur.

OXUNUB: 658 index-manşet SOSİAL
İCMAL.az-ın məlumatına görə, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb. Həmin vaxtdan bu  tarix radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. Azərbaycan televiziyası yaranandan sonra 6 noyabr tarixi təkcə radionun deyil, həm də milli televiziyanın yaranma günü kimi qeyd olunmağa başlayıb.  

Hazırda Azərbaycanda 12 ümumrespublika televiziya kanalı və 13 ümumrespublika radio kanalı fəaliyyət göstərir.

RƏYLƏR