Bu gündən açılan iş yerlərinin - Siyahısı

OXUNUB: 636 SOSİAL

Xəbər verdiyimiz kimi, bu gündən etibarən karantin qaydaları yumşaldılır və bəzi iş yerlərinin fəaliyyəti bərpa olunur. 

"Qafqazinfo"nun məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

kitab satışı

qəzet satışı

dəftərxana mallarının satışı

çap və sürətçıxarma fəaliyyəti

fotoatelye/fotostudiyalar

fərdi mənzillərdə təmizlik xidmətləri

dərzi xidmətləri

kosmetika və ətriyyat satışı

geyim satışı

ayaqqabı və dəri məmulatlarının satışı

qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri

kompüter avadanlıqlarının satışı və təmiri

elektronika və məişət texnikasının satışı

mebel satışı

avtomobil satışı

kimyəvi məhsulların satışı

gül və bitki məhsullarının satışı

kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

gübrə və aqrokimyəvi məhsulların satışı

Ticarət Mərkəzləri və "Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.


 

 

RƏYLƏR