Bu gündən etibarən Xorvatiyada yalnız avrodan istifadə olunacaq

OXUNUB: 287 Özəl DÜNYA
Avropa İttifaqının ən gənc üzvlərindən biri olan Xorvatiya bu gündən sözün əsl mənasında avroya keçib. 

7NEWS.az xəbər verir ki, Yanvarın 1-dən Xorvatiya həm Şengen, həm də Avro Zonalarına daxil edilib, rəsmi valyutadan avroya keçid isə bu gün başa çatıb. Xorvatiyada rəsmi pul vahidi avro olsa da, poçt şöbələrində 2023-cü ilin sonuna qədər, 2024-cü ildə isə Xorvatiya Milli Bankında kunaların avroya dəyişdirilə biləcəyi qeyd edilib. 

7NEWS.az

RƏYLƏR