"Bu nə bankçılıqdı axı?!" - Bank Respublikaya sərt ittiham

OXUNUB: 836 Özəl İQTİSADİYYAT BANK
7NEWS.az xəbər verir ki, bu sözləri jurnalist Vüqar Baba deyib: "Müştəri bizə ödəniş etdikdə bankın həmin məbləği hesabımıza köçürmək üçün hər ay bizdən müqavilə və qaiməni bankın emailinə göndərməyimizi istəməsi normaldırmı?
Bank Respublika hər ay bu sənədləri ona göndərmədən pulumu hesabıma köçürmür. 

Müqaviləni istəməklə müştərinin biznes sirləri, konfidensiallıq filan veclərinə deyil. Üstəlik, hər ay qaimə istəmələri... Müqavilə bankda varsa hər ay niyə qaimə istəyir? Və hər ay mən buradan #BankRespublika'ya zəng eləməliyəm ki, 3-4 gündü qaiməni də müqaviləni də göndərmişəm, pulumu niyə köçürmürsünüz?! Cavab da ya bu olur ki, "bizə gəlməyib" ya da "emailinizi görməmişik". 
Bu nə bankçılıqdı axı?! 

Bütün banklar belədi? Bu cür olmayan, VÖEN hesabı köçürə biləcəyim hansı bankı tövsiyyə edə bilərsiniz?"

RƏYLƏR