BU RAYONLARIN PROKURORLARI İŞDƏN UZAQLAŞDIRILDI-SİYAHI YENİLƏNDİ - 1
Bir neçə rayonun prokuroru işdən çıxarılıb. "Tezadlar.az"ın məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov tutduqları vəzifədən azad ediliblər. K.Əliyevin digər əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov da işdən çıxarılıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Tezadlar.az”-ın sorğusuna cavabında faktı təsdiqləyib. Qeyd edib ki, həmin şəxslər "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib. Qeyd edək ki, yeni Baş prokuror Kamran Əliyevi video konfrans formatında qəbul edən Prezident İlham Əliyev Prokurorluq orqanlarına islahatların aparılmasına dair öz tövsiyələrini verib. E.Sultanov həmçinin bildirib ki, Baş prokuror K.Əliyevin imzaladığı digər əmrlə Ağstafa rayon prokuroru Aslan Surxayev isə tutduğu vəzifədən azad olunub.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Zəfərimizin 6-cı ildönümü münasibətilə “Zəfər Nəğməsi” adlı musiqili aksiya keçirilib
08.11.2026, 11:46 / Özəl, SOSİAL -
“Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun rəsmi açılış mərasimi keçirilib
07.11.2026, 13:45 / Özəl, SOSİAL -
Bakıda BMT sammiti çərçivəsində növbəti ikitərəfli görüşlər keçirilib
07.11.2026, 10:13 / Özəl, SOSİAL -
BMT sammitində Bakı nəticələri elan olunub
06.11.2026, 21:03 / Özəl, SOSİAL -
City Garden Narimanov-da təməldən satış başladı –YENİ ŞƏRTLƏR
06.11.2026, 17:17 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
“ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir
06.11.2026, 17:11 / Özəl, SOSİAL -
MDU tələbələri qəhrəmanlıq irsimizi virtual dünyaya daşıyırlar
06.11.2026, 15:47 / SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, HADİSƏ Qızıl Qaya şadlıq sarayında qalmaqal: Gözdən əlillər zəhərləndi, restoran rəhbərliyi onlara hücum etdi - İDDİA
-
HADİSƏ "Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildi
-
Səhiyyə, Özəl Ağır məktəb çantası, duruş pozuntusu? Valideynlər, diqqətli olun!





















