icmal.az xəbər verir ki, bu sözləri Real TV-nin efirində Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.
O, suala cavab olaraq bildirib ki, həmin şəxslərin iş prosesi ərzində mağaza və aptekə gedərkən SMS-icazə almalarına ehtiyac yoxdur:
"Ona görə ki, 124 saylı qərarın 1 saylı əlavəsində nəzərdə tutulan qurumların fəaliyyəti 24 saatlıqdır: həkimlər də, jurnalistlər də, polislər də, PA və NK və s. yuxarıda göstərilən qurumların əməkdaşlarının fəaliyyətinə 24 saat sərbəstlik verilib. Ona görə də onların bu xidmətlərdən istifadəsi zamanı SMS-icazə almalarına ehtiyac yoxdur".
Qeyd edək ki, sərtləşdirilmiş qadağalar 5 aprel saat 00:00-dan qüvvəyə minəcək.