" Suverenlik - bir dövlətin məxsus olduğu, ola biləcəyi ən qiymətli, ən müqəddəs məhfumlardan biridir. Suverenliyin tam təmin edilməsi, daha dəqiq desəm: Bütöv və hərtərəfli suverenlik isə xoşbəxtliyin də, bəxtəvərliyin də zirvəsidir.
Və həmin suverenliyi Azərbaycana, azərbaycanlılara müdrik Liderimiz, Ali Baş Komandan İlham Əliyev və qəhrəman Ordumuz bəxş edib" - 7NEWS. AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev sosial şəbəkə üzərindən paylaşdığı statusunda qeyd edib.
"Tanrı bu gözəl günləri, bu hissləri bizə çox görməsin və suverenliyimizi daimi etsin. Tanrı - Azərbaycanı hər dönəmdə yeni qələbələrə aparan ləyaqətli Prezidentimizi və onun timsalında cəmi xalqımızı qorusun. Tanrı müqəddəs şəhidlərimizə qəni - qəni rəhmət eləsin və onların ruhunu hər zaman şad etsin.
Dövlət suverenliyi gününüz mübarək olsun, əzizlərim!" - deyə Partiya sədri fikirlərinə davam edib.
























