Bu tarixdə robotların sayı insanlardan daha çox olacaq

OXUNUB: 773 SOSİAL

2035-ci ildə dünyada robotların sayı insanlardan daha çox ola bilər.

İcmal.Az lent.az-a istinadən xəbər verir ki, belə bir proqnozu "Finopolis-2017” innovativ maliyyə texnologiyaları konfransında "Moven” şirkətinin rəhbəri Brett Kinq verib.

Onun sözlərinə görə, texnologiya və süni intellektin inkişafı ona gətirib-çıxaracaq ki, daha əvvəl insanın həyata keçirdiyi işlərin böyük hissəsini robotlar yerinə yetirəcəklər. Tədricən "ağıllı” maşınların sayı artacaq və 2035-ci ildə dünyada robotların sayı insanların sayını ötəcək. 

Brett Kinq bildirib ki, robotlar adı altında dronlar, avtopilota malik maşınlar, həmçinin "ağıllı” sənaye maşınları nəzərdə tutulur. Kinq müsahib və hüquqşünas peşələri ilə bağlı müsbət olmayan proqnoz verib. Mütəxəssisin sözlərinə görə, yaxın zamanlarda bu peşə sahiblərinin işini süni intellektə malik texnika görəcək.

İcmal.Az

RƏYLƏR