“Bu tədbirə ictimai sektorun nümayəndələri də qatılmışdı” – Elşən Musayev

OXUNUB: 376 Özəl SİYASƏT
 

"Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı növbəti, ikinci dinləmə də ən yüksək səviyyədə keçdi və belə möhtəşəm tədbirin düzənlənməsi üçün yaradılan şəraitə görə mən ilk növbədə Milli Məclisin Sədri, çox hörmətli Sahibə xanım Qafarovaya öz minnətdarlığımı bildirirəm.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Bu tədbirə ictimai sektorun nümayəndələri də qatılmışdı. Geniş tərkibdə təmsil olunan QHT nümayəndələri çox maraqlı fikirlərlə çıxış etdilər, müzakirələrdə aktiv oldular, öz dəyərli təkliflərini verdilər.

Təbii, belə olan halda, geniş və əhatəli müzakirələr fonunda hər zaman ən yaxşı nəticə meydana çıxır. Hesab edirəm ki, "Siyasi partiyalar haqqında” qanun da nəticə etibarilə mükəmməl olacaq.” - deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR