Bu yay hansı çimərlik geyimləri dəbdə olacaq?

OXUNUB: 2470 DÜNYA
Ötən il çimərlik mövsümündə ABŞ-da mayo (bikiniyə nisbətən daha qapalı olan qadın çimərlik paltarı) istehsalı ilə məşğul olan bir moda şirkəti, üzərində siiyasətçilərin və məşhur insanların üzləri əks olunan mayo və bikini istehsal etmişdir.

BNEWS.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhz siyasətçilərin və məşhur insanların üzləri əks olunan bu çimərlik geyimləri dünyada uzun müddət müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, həmin il mayo və bikini çimərlik geyimlərini istehsal edən şirkət web sistemi vasitəsilə öz məhsullarını 210 TL-yə internet üzərində satışa çıxarmışdı. Qısa bir müddət ərzində bu geyimlər insanların diqqəti cəlb etmişdir.

Bu il isə digər bir mayo firması, üzərində həm qida, həm də maraqlı naxışları olan çimərlik geyimlərini istehsal edərək fotolarını sosial şəbəkədə paylaşıb.
 
İcmal.Az
 
 
 


RƏYLƏR