Bülent Ersoy Yeni İl üçün sərvət dəyərində libas tikdirib.
Bülent Ersoy Yeni İl gecəsi Antalyada konsert proqramı ilə çıxış edib. Sənətçi bayram gecəsi üçün Türkiyənin məşhur modelyeri Nur Yerlitaşa dəyərli daş-qaşlarla işlənmiş qızılı rəngli səhnə kostyumunu hazırlatdırıb. Ersoy konsertdən sonra bahalı paltarı haqqında bunları deyib:
"Ayağımın ucundan göz qapaqlarım qədər qızıl oldum. Bu kostyumun qiyməti məni xeyli tərlətdi".
Məlumat üçün bildirək ki, türkiyəli müğənni Bülent Ersoyun keçən ay Yeni il gecəsi üçün azərbaycanlı modelyer Rüfət İsmayıla səhnə geyimi sifariş etdiyi ilə bağlı xəbərlər yayılmışdı. Sənətçinin bahalı daşlardan hazırlanan paltarın qiymətinin 115 min türk lirəsi olduğu iddia edilirdi.
Onu da qeyd edək ki, Nur Yerlitaşın Bülent Ersoyun üçün tikdiyi paltarın ərəb şeyxlərini geyindirən azərbaycanlı dizayner Rüfət İsmayılın Xalq artisti Aygün Kazımovanın "Cip-cip cücələrim” klipi üçün hazırladığı tüklü kostyumla oxşar olması diqqətdən qaçmayıb./publika
İcmal.Az