Bulvar Idarəsində “Skuter” Bazarı: İNSAN HƏYATI YOXSA TƏHLÜKƏLİ QAZANC

OXUNUB: 303 SOSİAL
Elə məmurlar var ki, vəzifəyə gələndə yalnız haqsız yolla qazanc əldə etməyi düşünürlər. Belə məmurlar üçün insan faktoru ikinci plana atır
 
Misal üçün Bakı bulvarı ərazisində: istər bulvar idarəsi, istər bulvar mühafizəsi, istərsədə bulvar ərazisində xidmət göstərən polis əməkdaşları olsun.
Bu yazdığım 3 qurum bulvarda insanların istirahətinin pozulmasına, həttda sağlamlıqlarına zərər gəlməsinə belə göz yumurlar. Dünən bulvar ərazisində gəzən zaman, bir şeyi müşahidə etdim ki, bulvarda xidmət göstərən mühafizə xidməti və bulvar ərazisində olan polis əməkdaşları, orada baş verən qanunsuzluqları  görmür və ya görmək istəmir.
 
Məsələ budur ki, ölkə paytaxtının ən böyük park ərazisi olan bulvar ərazisində uşaqları, böyükləri, bu isti yay günlərində heç düşünən yoxdu.
Belə ki, bulvar ərazisində, daha dəqiq dəniz kənarı bulvarın Neftçilər prospekti 65a ünvanına düşən hissəsi, skuter kirayə verənlərin ucbatından avtovağzala bənzəyir.
 
Yuxarıda adını qeyd etdiyim qurumlar isə heç bir tədbir görmürlər. Kiçicik bir araşdırmadan sonra məlum oldu ki, adlalarını qeyd etdiyim qurumlar skuter kirayə verənlərlə "dırnaq arası” razılığa gəliblər. Oradaki abu havaya baxanda görürsən ki, deyilənlər özünü doğruldur.
Çünki dəniz kənarı bulvarın, qeyd etdiyim ünvanda olan hissəsində 11 ədəd təhlükəsizlik şəhər (TŞ) kameraları var. Yəni ərazini kamera ilə müşahidə edən şəxlərin də orada olan qanunsuzluğu görməməsi mümkün deyil. "Bulvar mühafizə” xidmətinin əməkdaşları orada xidmət aparırlar.
Həttda gün ərzində mühafizə xidmətinin xidmət və növbə rəisləri oradan dəfələrlə keçirlər. Yuxarıda da qeyd etdiyim kimi orada olan qanununsuz skuter kirayə verənləri görüb bir tədbir görmürlərsə və bu qanunsuzluğa susurlarsa güman etmək olur ki, bunlar "susdurulublar”.
Araşdırmanı biraz dərinləşdirdikdə məlum oldu ki, bulvar ərazisində skuter kirayəsi ilə məşğul olanlar Teyyub, Xəzər və Ələkbər adlı bir qrup qohumlardilar. Bu qohumlar o qədər azğınlaşıblar ki, bulvar ərazisində "skuter sürmək qadağandır” işarəsinin yanında skuter kirayə verirlər.



Mənə məlumat verən şəxslər həttda onu da bildirdilər ki, qanunsuz skuter kirayəsi ilə məşğul olan qohumların birinin Ələkəbərin Murad adlı oğlu Daxili işlər nazirliyinin mühafizə xidmətində çalışır və onun bulvarada xidmət göstərən mühafizə xidmətinin vəzifəli şəxslərindən xahiş edib və bundan sonra bulvarın mühafizə xidmətinin əməkdaşları baş verən qanunsuzluğa göz yumurlar. O ərazidə qanunsuzluq bununlada bitmir. Skuter kirayəsi ilə məşğul olan şəxslər az yaşlı şəxsləri işlədir, həttda işlətdikləri işçiləri rəsmi qaydada əmək müqaviləsi bağlamadan qeyri rəsmi işlədirlər. Buda özü özlüyündə bir cinayətdir.



Mən yazını hazırlayan zaman elektron poçtumuza maraqlı bir video daxil oldu. Belə ki, Daxili İşlər Nazirliyinin bulvar ərazisində xidmət göstərən Məhərrəm adlı əməkdaşı xidməti vəzifəsini yeri yetirmək əvəzinə vətəndaşın üzərinə səsini yüksəldərək ərazidə skuter sürməməyini deyir. Görəsən polis formasına hörmət etməyən bu polis əməkdaşı özündən yüksək rütbəli zabit heyyətinin ona verdiyi "tapşırıqı” icra edir yoxsa zabit müllerinə hörmətsizlik etmək Məhərrəm bəyin öz istəyidir. Hər halda bu yazı sizin saytda yayımlandıqdan sonra bu kimi əməkdaşlar haqqında bir tədbir görüləcəyinə ümid bəsləyirəm.



Sonda sizin vasitənizlə Ölkə başçısı İlham Əliyevdən, Daxili İşlər Naziri Cənab Vilayət Eyvazovdan və Əmək müfəttişliyindən bu məsələ ilə bağlı tədbir görülməsi yönündə göstəriş verilməsini xahiş edirəm../24xeber.az

 

RƏYLƏR