Burkina Faso Mali ilə federasiya yaratmaq istəyir

OXUNUB: 303 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Maliyə səfər edən Burkina Faso Baş naziri Apollinaire Joachimson Kyelem de Tambela, Malinin Baş naziri Çoqel Maiga və keçid prosesinin prezidenti Assimi Qoita ilə görüşüb. Tambela, danışıqlardan sonra mətbuata verdiyi açıqlamada, Mali ilə qarşılıqlı etimada əsaslanan çevik bir federasiya qura biləcəklərini söyləyib. Malinin maldarlıq, qızıl və pambıq istehsalında lider olduğunu vurğulayan Tambela, Burkina Fasonun da eyni sahələrdə məhsul istehsal etdiyini və iki ölkənin güclərini birləşdirə biləcəyini qeyd edib. Əvvəlki nəsillərin belə bir cəhdə cəhd etdiklərini, lakin uğursuzluqla nəticələndiyini vurğulayan Tambela, hələ baş nazir postuna gəlməmişdən əvvəl bu ideyanı düşündüyünü bildirdi.

7NEWS.az

RƏYLƏR