Burkina Fasoda 2 ayrı hücum: 40 ÖLÜ VAR

OXUNUB: 169 Özəl DÜNYA
Burkina Fasoda həftə sonu naməlum şəxslərin 2 ayrı hücumunda 40 nəfərin öldüyü açıqlanıb.

7NEWS.az xəbər verir ki, Burkina Fasoda naməlum şəxslər tərəfindən həftə sonu iki ayrı hücum həyata keçirilib. Şənbə günü Kossi vilayətinin Mali sərhədinə yaxın Bourasso bölgəsində həyata keçirilən hücumda 20 könüllü əsgərin, bazar günü isə eyni bölgədə 20 nəfərin həyatını itirdiyi açıqlanıb. Şənbə günü baş verən hadisədə onlarla hücumçu hava əməliyyatları ilə zərərsizləşdirilib. Burkina Fasonun baş naziri Apollinaire Joachim Kyelem De Tambele parlamentdəki çıxışında hökumətin heç vaxt təcavüzkarlarla danışıqlara getməyəcəyini bildirib.

7NEWS.az

RƏYLƏR