7NEWS.az xəbər verir ki, Burkina Fasoda terror aktları davam edir. Ordudan verilən açıqlamada, Burkina Fasonun Mali ilə sərhədində yerləşən Sahel bölgəsində yerləşən Oudalan vilayətində ötən cümə günü əsgərlərin terrorçular tərəfindən pusquya salındığı bildirilib. Açıqlamada hücumda 51 əsgərin həyatını itirdiyi, hava hücumu ilə 160-a yaxın terrorçunun zərərsizləşdirildiyi bildirilib. Hücumun hansı təşkilat tərəfindən həyata keçirildiyi barədə heç bir açıqlama verilməyib.
7NEWS.az