Burkina Fasoda terror aktı: 10 ÖLÜ

OXUNUB: 142 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, naməlum silahlı şəxslər Boucle du Mouhoun bölgəsindəki Kossi şəhərinə hücum ediblər. Hadisə nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb. Həmin gün Fil Dişi Sahili ilə sərhəddə yerləşən Tondura qəsəbəsində terrorçuların həyata keçirdikləri hücumda 4 nəfərin həyatını itirdiyi, maddi ziyanın olduğu qeyd edilib. Burkina Fasoda 2015-ci ildə baş verən təhlükəsizlik böhranı nəticəsində 2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumətin məlumatına görə, bu insanların yalnız 120 mini öz evlərinə qayıda bildi.

7NEWS.az

RƏYLƏR